SOCAR-ın İnsan Resursları Departamentində işçilərin qəbulu ilə bağlı test imtahanı keçirilib

SOCAR-ın İnsan Resursları Departamentində işçilərin qəbulu ilə bağlı test imtahanı keçirilib Nəticələr xüsusi proqram təminatı vasitəsilə avtomatik olaraq iştirakçıların kompüterinin monitorunda əks olunub
Energetika
22 May , 2015 18:11
SOCAR-ın İnsan Resursları Departamentində işçilərin qəbulu ilə bağlı test imtahanı keçirilib

Bakı. 22 may. REPORT.AZ/ SOCAR-ın İnsan Resursları Departamentində işçilərin qəbulu ilə bağlı test imtahanı keçirilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib. 

Məlumatda bildirilir ki, SOCAR-ın digər qurumlarında olduğu kimi, “Azəriqaz” İstehsalat Birliyində də islahatlar aparılır və Birlikdə yeni yaradılacaq struktur bölmənin daxili işçilərlə yenidən komplektləşdirilməsi işləri həyata keçirilir. Bu məqsədlə mayın 20-22-də SOCAR-ın İnsan Resursları Departamentinin imtahan zalında "Azəriqaz" İB-nin Bakı şəhəri və Abşeron rayonu üzrə Qaz İstismar Sahələri əməkdaşlarının test imtahanlarında iştirakı təmin edilib, onların sahə üzrə ixtisas bilikləri yoxlanılıb. Test imtahanı prosesi xüsusi proqram təminatı vasitəsilə aparılıb və 341 iştirakçının hər birinə cavablandırmaq üçün 3E, AGİS bazası, ROC veb proqramı, təbii qazın balansı və satışı, əməyin mühafizəsi və təhlükəsizliyi üzrə ümumilikdə 40 test tapşırığı təqdim edilib. Test tapşırıqlarının cavablandırılmasına 60 dəqiqə vaxt verilib. İmtahan bitdikdən dərhal sonra imtahan iştirakçılarının nəticələri xüsusi proqram təminatı vasitəsilə avtomatik olaraq yalnız onların işlədiyi kompüterin monitorunda əks olunub. 

"Obyektivliyi, şəffaflığı və aşkarlığı təmin etmək məqsədi ilə test imtahanları müşahidə kameralarının nəzarəti altında aparılır və bütün imtahanların gedişi SOCAR-ın İnsan Resursları Departamentinin girişində quraşdırılan monitor vasitəsi ilə canlı olaraq nümayiş etdirilir", - məlumatda qeyd olunur.

Qeyd edək ki, SOCAR-ın təşkilati idarəetmə strukturunun təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, idarəetmə mexanizminin optimallaşdırılması məqsədilə İnsan Resursları Departamenti tərəfindən Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla şirkət üzrə müxtəlif təyinatlı test imtahanlarının təşkili və həyata keçirilməsi istiqamətində nəzərdə tutulmuş işlər mütəmadi olaraq davam etdirilməkdədir.

Son xəbərlər

Orphus sistemi