SOCAR-ın Gürcüstana qaz nəqli ilə bağlı 4 sənəd imzalanıb

SOCAR-ın Gürcüstana qaz nəqli ilə bağlı 4 sənəd imzalanıb Sənədlər SOCAR ilə Gürcüstan hökuməti arasında imzalanıb
Energetika
4 Mart , 2016 14:14
SOCAR-ın Gürcüstana qaz nəqli ilə bağlı 4 sənəd imzalanıb

Tbilisi. 4 mart. REPORT.AZ/ Bu gün Tbilisdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Gürcüstan hökuməti arasında qaz nəqli ilə bağlı 4 sənəd imzalanıb.

"Report" xəbər verir ki, birinci sənəd qaz tədarükü müqaviləsinə edilən dəyişikliklər barədədir və bu sənədi SOCAR prezidenti Rövnəq Abdullayev və Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, Gürcüstan Neft-Qaz Korporasiyasının baş direktoru David Tvalebeyişvili, "SOCAR Gas Export-Import" MMC-nin direktoru Zaur Quliyev imzalayıb.

İkinci sənəd isə qaz alqı-satqı müqaviləsinə dəyişikliklərin edilməsi barədədir və sənədi SOCAR prezidenti və Gürcüstan Neft Qaz Korporasiyasının baş direktoru imzalayıb. Bu sənədə aid həm də öhdəliklərin icrası barədə “Zəmanət öhdəliyi” imzalanıb.

Hüquqların ötürülməsi barədə Aktı isə Rövnəq Abdullayev, "SOCAR Georgia Gas" MMC-nin direktoru Azər Məmmədov və Gürcüstan Neft-Qaz Korporasiyasının baş direktoru imzlayıb.

SOCAR və "SOCAR Georgia Gas" MMC arasında qaz alqı-satqısı barədə müqaviləni isə Rövnəq Abdullayev və "SOCAR Georgia Gas" MMC-nin direktoru Azər Məmmədov imzalayıb.

Son xəbərlər

Orphus sistemi