SOCAR-ın eksperimental istehsalat müəssisəsi yenidənqurmadan sonra istismara verilib

SOCAR-ın eksperimental istehsalat müəssisəsi yenidənqurmadan sonra istismara verilib Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyinin nümayəndələrinin iştirakı ilə “Azneft” İstehsalat Birliyinin Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsi yenidənqurmadan sonra istismara verilib.
Energetika
20 Sentyabr , 2018 16:23
SOCAR-ın eksperimental istehsalat müəssisəsi yenidənqurmadan sonra istismara verilib
socar.az
0 : 00
0 : 00

Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyinin nümayəndələrinin iştirakı ilə “Azneft” İstehsalat Birliyinin Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsi yenidənqurmadan sonra istismara verilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, müəssisənin əsas fəaliyyət istiqaməti dəniz və quruda neftqazçıxarma idarələrini elektrik dalma qurğuları (dalma nasosları) ilə təmin etmək və həmin qurğuların təmirini həyata keçirməkdən ibarətdir. Müəssisə dalma qurğularının təmiri üçün lazım olan 107 çeşiddə ehtiyat hissələri istehsal etmək imkanına malikdir. Görülmüş işlər nəticəsində Mexaniki emal sahəsi müasir standartlara uyğun Alman texnologiyası ilə təchiz olunmuş müasir avadanlıqlar və qurğularla tamamilə yenidən qurulub. Eləcə də burada əsas bina, köməkçi qurğuların təmiri və ətraf mühitin abadlaşdırılması işləri görülüb.

SOCAR prezidenti müəssisənin yenidənqurmadan sonrakı vəziyyətini yüksək qiymətləndirərək bildirib ki, 50 ildən artıq bir müddətdə neftqazçıxarmanın müxtəlif sahələrində bu müəssisənin istehsalı olan avadanlıqlardan istifadə edilib. Onun sözlərinə görə, aparılmış əsaslı təmir və yenidənqurma işləri hələ uzun illər ərzində neft hasilatında müəssisənin məhsullarından yararlanmağa imkan yaradacaq: “Müasir avadanlıqlardan və texnologiyalardan istifadə edərək dalma avadanlıqlarının təmirinə çəkilən xərclərin azaldılmasına, təmirarası müddətin uzanmasına nail olunacaq və bu da şirkətimizin ümumi maliyyə dayanıqlığına mühüm bir töhfə olacaq”.

Xatırladaq ki, Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsi “Azneft” İB-nin tərkibində 1967-ci ildən etibarən fəaliyyət göstərir. Müəssisədə hazırda 365 nəfər işçi çalışır. Müəssisənin dalma qurğularından 11 neftqazçıxarma idarəsinin 470 quyusunda istismar olunur. Müəssisədə həmçinin “Azneft” İB-nin neftqazçıxarma idarələrinin və digər təşkilatların tələbatını ödəmək üçün neft hasilatını tənzimləyən keramiki ştuserlər istehsal olunur.

Son xəbərlər

Orphus sistemi