SOCAR ilə OPEC arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib

SOCAR ilə OPEC arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib SOCAR ilə OPEC arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Energetika
20 İyun , 2023 00:16
SOCAR ilə OPEC arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib

SOCAR ilə OPEC arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

“Report” xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf iyunun 19-da OPEC-in baş katibi Haysam Əl-Qays ilə görüşüb.

Görüşdə Azərbaycan ilə OPEC arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışı ilə yaradılan “OPEC+” formatının strateji əhəmiyyət daşıdığı, bu xüsusda neft bazarlarının tənzimlənməsinə, tələb və təklif arasındakı balansın təmin edilməsinə dəyərli töhfə verdiyi diqqətə çatdırılıb.

Görüş çərçivəsində təmiz texnologiyalar ilə karbohidrogen hasilatının dayanıqlı şəkildə artırılmasının əhəmiyyəti vurğulanıb. Bu xüsusda, SOCAR-ın aşağı emissiyalı və innovativ texnologiyaların tətbiqinə xüsusi önəm verdiyi diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qlobal neft bazarlarının mövcud vəziyyəti və gələcək proqnozlar, SOCAR ilə OPEC arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi