"SOCAR Energy Ukraine" iki innovasiya həllini tətbiq edib

Energetika
  • 20 oktyabr, 2018
  • 08:22
SOCAR Energy Ukraine iki innovasiya həllini tətbiq edib
autoweek.com.ua

Bakı.20 oktyabr. REPORT.AZ / "SOCAR Energy Ukraine" şirkəti Ukraynada iki innovasiya həllini tətbiqedib.

"Report"Ukrayna KİV-inə istinadən xəbər verir ki, onlardan biri "Touch ID"və "Face ID" biometrik "datçik"lərin köməyi ilə "SOCAR level"tətbiqində hesablama funksiyasıdır.

Bundanbaşqa, şəbəkə yanacaqdoldurma komplekslərinin ticarət zallarında İsveçrə istehsallı"Franke" qəhvə maşınlarını qurub.

"Bundansonra qəhvə sifariş etmək üçün kassada növbəyə durmaq lazım gəlməyəcək. Mobil tətbiqvasitəsilə ödəniş prosesi bir neçə saniyə çəkir", - "SOCAR Energy Ukraine" şirkətinin Mətbuatxidmətinin məlumatında deyilir.

Yanacağınödənilməsi üçün maşından çıxmadan benzin kolonkasında QR-kodu skan edərəklazımi həcmdə yanacaq seçmək və "SOCAR level" tətbiqində bank kartıvasitəsilə əməliyyat aparmaq kifayətdir.

Xatırladaqki, avqustda şirkət "SOCAR level" mobil tətbiqini istifadəyəverib, onun köməyi ilə avtomobildən çıxmadan yanacaq doldurmaq mümkündür. Bu tətbiqsmartfon vasitəsilə şəbəkədə istənilən məhsul və ya yanacaq üçün ödəniş etməyə imkanverir.

 

Son xəbərlər

Bütün Xəbər Lenti