SOCAR: “Dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib”

SOCAR: “Dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib” Hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.
Energetika
4 Aprel , 2022 11:50
SOCAR: “Dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib”

Hava şəraitinin dəyişməsi, qeyri-sabit keçməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi dəniz və qurudakı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib.

“Report”un “Azneft”ə istinadən verdiyi məlumata görə, bununla bağlı təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

Bildirilir ki, təhlükəsizlik tədbirləri çərçivəsində işçilərin təxliyəsi həyata keçirilib.

Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-16° isti, Bakıda gecə 11-13° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60 % olacaq.

Son xəbərlər

Orphus sistemi