SOCAR-da çalışan qazilər və şəhid olmuş əməkdaşların ailə üzvləri ilə görüş keçirilib

SOCAR-da çalışan qazilər və şəhid olmuş əməkdaşların ailə üzvləri ilə görüş keçirilib Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Anım Günü ilə əlaqədar şirkətdə çalışan Vətən müharibəsi qaziləri və müharibədə şəhid olmuş əməkdaşların ailə üzvləri ilə görüş keçirib.
Energetika
27 Sentyabr , 2022 17:45
SOCAR-da çalışan qazilər və şəhid olmuş əməkdaşların ailə üzvləri ilə görüş keçirilib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Anım Günü ilə əlaqədar şirkətdə çalışan Vətən müharibəsi qaziləri və müharibədə şəhid olmuş əməkdaşların ailə üzvləri ilə görüş keçirib.

"Report" bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, görüşdə R.Nəcəf bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, rəşadətli Ordumuzun qüdrəti, xalqımızın həmrəyliyi nəticəsində əzəli və əbədi torpaqlarımız düşmən işğalından azad edilib, xalqımızın ən böyük arzusuna qovuşub.

O, dövlət başçısının tapşırığı və şəxsi nəzarəti altında ölkəmizdə şəhid ailələrinin üzvlərinin və qazilərin böyük diqqət və qayğı ilə əhatə olunduğunu, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinin və qazilərin sosial müdafiəsini daim diqqət mərkəzində saxladığını ifadə edib.

Görüşün əvvəlində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Vətən müharibəsində şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış SOCAR əməkdaşlarına həsr olunan videoçarx nümayiş etdirilib.

Vətən müharibəsində şəhid olan SOCAR əməkdaşı Şahgündüz Cabbarovun atası Habil Cabbarov 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan tarixi qələbənin xalqımızın 30 illik həsrətinə son qoyduğunu, əzəli və tarixi torpaqlarımızın işğalçı qüvvələrdən təmizləndiyini bildirib. O, Azərbaycan Ordusunun əsl qəhrəmanlıq salnaməsi yazaraq “Dəmir yumruq” əməliyyatı zamanı bütün şəhidlərimizin qisasını döyüş meydanında aldığını qeyd edib.

Vətən müharibəsinin qazisi, SOCAR-ın əməkdaşı Siyavuş İmranov çıxış edərək İ.Əliyevə şəhid ailələrinə, qazilərə və Azərbaycan Ordusunun hərbçilərinə göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.

Son xəbərlər

Orphus sistemi