SOCAR Bakı-Tbilisi-Qars dəhlizi üzrə ilk konteyner nəqlini həyata keçirib

SOCAR Bakı-Tbilisi-Qars dəhlizi üzrə ilk konteyner nəqlini həyata keçirib Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Azərbaycan Dəmir Yolları QSC-nin törəmə şirkəti olan ADY Container MMC ilə birgə karbamidin Marı zavodundan (Türkmənistan) Türkiyəyə çatdırılması üzrə ilk sınaq alışını və nəqlini həyata keçirib.
Energetika
22 Oktyabr , 2018 17:42
SOCAR Bakı-Tbilisi-Qars dəhlizi üzrə ilk konteyner nəqlini həyata keçirib
0 : 00
0 : 00

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Container" MMC ilə birgə karbamidin Marı zavodundan (Türkmənistan) Türkiyəyə çatdırılması üzrə ilk sınaq alışını və nəqlini həyata keçirib.

"Report" xəbər verir ki, nəql Ələt beynəlxalq dəniz limanında (Azərbaycan) yüklərin vaqonlardan konteynerlərə yenidən yüklənməsi yolu ilə reallaşdırılıb. Ardından yüklənmiş konteynerlər Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə üç müxtəlif istiqamətdə Türkiyəyə göndərilib və müvəffəqiyyətlə son alıcıya çatdırılıb.

Bu konteyner daşımalarının həyata keçirilməsi layihəyə qatılan ölkələrin logistik imkanlarını, layihəyə Mərkəzi Asiya regionunun ölkələrinin, o cümlədən Türkmənistanın cəlb olunduğunu, eləcə də konteyner daşımalarından istifadənin üstünlüyünü bir daha nümayiş etdirib.

Gələcəkdə nəqliyyat xərclərinə qənaət edilməsi və Azərbaycan karbamidinin dünyanın hər yerinə "qapıdan qapıya" metodu ilə çatdırılması məqsədilə "SOCAR Carbamide" şirkətinin karbamidini də nəql etmək planlaşdırılır.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı 2017-ci il oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilib.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan-Gürcüstan-Türkiyə hökumətlərarası saziş əsasında tikilib. İlkin mərhələdə yük daşımalarının həcmi illik 6,5 milyon ton səviyyəsində olacaq, eləcə də bir milyona qədər sərnişin daşınacaq.

Son xəbərlər

Orphus sistemi