Səfir: "Qazaxıstan neftinin tranzit həcmlərinin artırılması Bakı limanının gücünün artırılması hesabına mümkündür"

Səfir: "Qazaxıstan neftinin tranzit həcmlərinin artırılması Bakı limanının gücünün artırılması hesabına mümkündür" Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə neft nəqlinin həcmini artırmağı planlaşdırır.
Energetika
23 Dekabr , 2024 14:11
Səfir: Qazaxıstan neftinin tranzit həcmlərinin artırılması Bakı limanının gücünün artırılması hesabına mümkündür

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə neft nəqlinin həcmini artırmağı planlaşdırır.

Bu barədə “Report”un Qazaxıstan bürosuna müsahibəsində Azərbaycanın Astana şəhərindəki səfiri Ağalar Atamoğlanov bildirib.

Səfir qeyd edib ki, ənənəvi enerji ixracatçıları olan Azərbaycan və Qazaxıstan bu sahədə əməkdaşlığı fəal şəkildə inkişaf etdirir.

“Əldə edilmiş razılaşmalara əsasən, Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinin mərhələli şəkildə artırılması nəzərdə tutulur. Belə ki, 2023-cü ildə BTC ilə 1,3 milyon ton Qazaxıstan nefti ixrac edilib ki, bu da 2022-ci illə müqayisədə 5,5 dəfə çoxdur. Cari ildə isə BTC vasitəsilə 1,5 milyon ton Qazaxıstan neftinin tədarükü planlaşdırılır. Bakı Dəniz Limanının gücünün tədricən artırılması hesabına tranzit həcmlərinin artırılması planları var”, - səfir vurğulayıb.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi