Sahibkarların “Azərişığ”a müraciətlərinin sayı artıb

Sahibkarların “Azərişığ”a müraciətlərinin sayı artıb ​Sahibkarların “Azərişığ”a müraciətlərinin sayı artıb
Energetika
7 Fevral , 2019 16:05
Sahibkarların “Azərişığ”a müraciətlərinin sayı artıb

Bakı. 7 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün “ASAN xidmət”, “ASAN kommunal” və KOB evləri vasitəsi ilə “Azərişıq” ASC-yə 239 müraciət daxil olub. 

Bu barədə “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. 

Onun sözlərinə görə, sahibkarların elektrik şəbəkəsinə qoşulmaqla bağlı müraciətlərinin sayının artması müşahidə olunub ki, bu da heç də səbəbsiz deyil: “Belə ki, ötən in dekabrın 25-də ölkə prezidenti tərəfindən “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” növbəti fərman imzalanıb və fərmana əsasən şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilib. Bununla yanaşı yanvar ayında 3 280 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün müraciət edib. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla həm sahibkarların, həm də vətəndaşların müraciətləri yerinə yetirilib. Bundan başqa yanvar ayında “Azərişığ”ın “ASAN xidmət” və “ASAN kommunal” vasitəsi ilə göstərdiyi xidmətlər sırasına əlavə iki xidmət də artırılıb. “Çoxmənzilli binalarda yaşayış mənzillərin qeydiyyata alınması” və “Elektrik təchizatının layihələndirilməsi və qurlaşdırılması” xidmətləri də əlavə olunmaqla "Azərişığ"ın “ASAN xidmət” və “ASAN kommunal” vasitəsi ilə göstərdiyi xidmətlərin sayı 15-ə çatdırılıb. Ümumilikdə isə yanvar ayı ərzində “Azərişığ”a “ASAN xidmət” və “ASAN kommunal” vasitəsi ilə 20 766 müraciət daxil olub”.

Son xəbərlər

Orphus sistemi