"Şahdəniz" yatağından indiyədək 90 mlrd. kubmetr qaz hasil olunub

"Şahdəniz" yatağından indiyədək 90 mlrd. kubmetr qaz hasil olunub Regional prezident Qari Cons: "Şahdəniz-2"də bu ilin II yarısında qaz əldə ediləcək"
Energetika
16 Fevral , 2018 14:37
Şahdəniz yatağından indiyədək 90 mlrd. kubmetr qaz hasil olunub
"BP-Azerbaijan" şirkətinin prezidenti Qari Cons / Report/ Firi Salim

Bakı. 16 fevral. REPORT.AZ/ "Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz kondensat yatağından indiyədək 90 mlrd. kubmetr qaz, 22 mln. tona qədər kondensat hasil edilib".

"Report" xəbər verir ki, bunu bugünkü mətbuat konfransında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons bildirib.

O, "Şahdəniz-2" layihəsindən də danışaraq qeyd edib ki, layihə üzrə işlər qrafikə uyğun irəliləyir: "Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP, TAP (Cənub Qaz Dəhlizi)  layihəsi qrafiki və büdcəni önləyir. Xərclər planlaşdırılmış büdcədən az olub və planlaşdırılmış büdcədən az xərclərin olması gözlənilir. Bu, belə iri layihə üçün görünməmiş işdir".

Onun sözlərinə görə, "Şahdəniz-2"dən ilk qaz üçün nəzərdə tutulan iş həcminin 99%-i görülüb: "Bu ilin II yarısında qaz əldə ediləcək".

Son xəbərlər

Orphus sistemi