"​Şahdəniz-1"in layihə rəhbəri TAP-ın direktoru oldu

"​Şahdəniz-1"in layihə rəhbəri TAP-ın direktoru oldu Norman İnqram TAP-da layihə direktoru, Martin Mair isə əməliyyat direktoru vəzifəsinə gətirilib
Energetika
3 Fevral , 2015 15:00
​Şahdəniz-1in layihə rəhbəri TAP-ın direktoru oldu

Bakı. 3 fevral. REPORT.AZ/ Trans-Adriatik Boru Xətti (TAP) layihəsinin inşaat işləri davam etdiyi müddətdə layihə üçün Norman İnqram layihə direktoru, Martin Mair isə əməliyyat direktoru vəzifəsinə gətirilib. 

TAP-ın mərkəzi ofisindən "Report"a verilən məlumata görə, hər iki direktor qurumun İsveçrənin Bar şəhərində yerləşən baş ofisində çalışacaq.

Norman İnqram bundan öncə "BG Group"un Avstraliyadakı ofisində layihə rəhbəri vəzifəsində çalışıb. N.İnqram iş təcrübəsinin iki ilini BP-də keçirib və BP-nin Türkiyə, Azərbaycan və Alyaskadakı layihələri üzrə menecer olub. O, Azərbaycanda işlədiyi 6 il müddətində Cənubi Qafqaz Boru Kəməri, Bakı-Tbilisi-Ceyhan və "Şahdəniz" layihəsiin birinci fazasının icrasında böyük rol oynayıb.

N.İnqram 2012-ci ildən "Statoil"un TAP-dakı layihə inkişafı və texniki direktoru olan Siqurd Hamreni əvəz edib. S.Hamre bu ilin martında Norveçə geri dönəcək.

M.Mair isə Abu-Dabi Milli Neft Şirkətində əməliyyat direktorunun köməkçisi kimi çalışıb. Məlumata görə, onun 23 illik iş təcrübəsi var.

Xatırladaq ki, TAP layihəsində BP, SOCAR və "Statoil"un hər birinin 20%, "Fluxys"in 19%, "Enagas"ın 16% və "Axpo"nun 5% iştirak payı var.

Son xəbərlər

Orphus sistemi