Rövnəq Abdullayev: "Yeni "AÇG" sazişinin imzalanması Azərbaycan iqtisadiyyatının gücünü nümayiş etdirib"

Rövnəq Abdullayev: "Yeni "AÇG" sazişinin imzalanması Azərbaycan iqtisadiyyatının gücünü nümayiş etdirib" SOCAR prezidenti: "TANAP-la 2018-ci ildə Türkiyəyə, TAP-la 2020-ci ilin əvvəlində Avropaya Azərbaycan qazı nəql olunacaq"
Energetika
12 Oktyabr , 2017 10:50
Rövnəq Abdullayev: Yeni AÇG sazişinin imzalanması Azərbaycan iqtisadiyyatının gücünü nümayiş etdirib
SOCAR prezidenti Rövnəq Abdullayev / Report/ Firi Salim

Bakı. 12 oktyabr. REPORT.AZ/ Ötən ay Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə yeni sazişin imzalanması və burada Azərbaycan üçün daha əlverişli şəraitin yaradılması ölkə iqtisadiyyatının gücünü bir daha nümayiş etdirir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bu gün Bakıda işə başlayan "Argus" beynəlxalq neft sammitinin açılışında çıxışı zamanı qeyd edib.

O bidlirib ki, "AÇG" üzrə 1994-cü ildə saziş imzalananda bu blokun ehtiyatları 510 mln. ton həcmində qiymətləndirilirdi: "1997-ci ldən, yəni 20 ildir ki, yataqlar blokundan hasilat həyata keçirilir. Buradan 550 mln. tondan artıq çıxarılmayan neft ehtiyatları olduğu da müəyyənləşib".

SOCAR prezidenti Azərbayan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizi layihəsindən də danışaraq qeyd edib ki, layihənin bütün seqmentləri üzrə işlər qrafikə uyğun davam edir: "TANAP-la 2018-ci ildə Türkiyəyə, TAP-la 2020-ci ilin əvvəlində Avropaya Azərbaycan qazı nəql olunacaq".

Son xəbərlər

Orphus sistemi