“Bu gün bizim əldə etdiyimiz bütün nailiyyətlərin əsasında "Neft Daşları"nda,
“Report” xəbər verir ki, bu, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti
Məqalədə bildirilib ki, Azərbaycan Prezidenti
R. Abdullayev bildirib ki, bu, həqiqətən də belədir: “Yaxın illərdə biz “Abşeron”, “Ümid” yataqlarında, “Qarabağ”, “Babək”, “Şəfəq”, “Asiman”, “Əşrəfi”, “Dan ulduzu”, “Aypara” strukturlarında genişmiqyaslı axtarış-kəşfiyyat və hasilat işlərinə başlamağı planlaşdırırıq. Bütün bu planların mərkəzində SOCAR-ın dənizdəki başlıca kommunikasiya qovşağına çevrilmiş "Neft Daşları", burada qazanılmış zəngin təcrübə, yaradılmış təkmil infrastruktur, kadr potensialı dayanır”.
SOCAR prezidenti qeyd edib ki, yatağın işlənilmə perspektivləri də kifayət qədər böyükdür: “Hazırda qalıq ehtiyatlar 210 mln. ton, çıxarıla bilən ehtiyatlar 18 mln. ton civarında qiymətləndirilir. Texnologiyalar inkişaf etdikcə, bu ehtiyatların daha böyük həcminin hasil olunması mümkündür. Qarşıdakı illərdə daha 5 özülün tikintisi və yeni quyuların qazılması nəzərdə tutulur”.