Qazaxıstan 9 ayda BTC ilə neft tədarükünü 24 % artırıb

Energetika
  • 12 oktyabr, 2026
  • 15:47
Qazaxıstan 9 ayda BTC ilə neft tədarükünü 24 % artırıb

Qazaxıstanın "KazTransOil" milli şirkəti bu ilin yanvar-sentyabr aylarında Aktau dəniz limanı vasitəsilə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri istiqamətində 1 milyon 164 min ton neft göndərib.

"Report"un Qazaxıstan bürosu şirkətə istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrünün göstəricisindən 24 % çoxdur.

"KazTransOil"un imkanlarından istifadə edilməklə Aktau limanında tankerlərə yüklənən neftin ümumi həcmi 2 milyon 608 min ton təşkil edib. Bu, illik müqayisədə 7 % artım deməkdir.

Bu ilin 9 ayı ərzində şirkət magistral neft kəmərləri sistemi ilə neftin nəqli həcmini 4 % artıraraq 34 milyon 392 min tona çatdırıb.

"KazTransOil"un neft nəqli və neft məhsullarının aşırılması üzrə konsolidə edilmiş həcmi 35 milyon 809 min ton təşkil edib, bu da ötən ilin yanvar-sentyabr aylarının göstəricisini 3 % üstələyir.