“Qaradağ” GES-də ilk günəş paneli quraşdırılıb

“Qaradağ” GES-də ilk günəş paneli quraşdırılıb ​​​​​​​Energetika naziri Pərviz Şahbazov “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi ilə birlikdə qoyuluş gücü 230 MVt olan “Qaradağ” Günəş Elektrik Stansiyasının tikildiyi əraziyə baxış keçirib
Energetika
16 May , 2023 15:43
“Qaradağ” GES-də ilk günəş paneli quraşdırılıb

Energetika naziri Pərviz Şahbazov “Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi ilə birlikdə qoyuluş gücü 230 MVt olan “Qaradağ” Günəş Elektrik Stansiyasının tikildiyi əraziyə baxış keçirib.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, səfər zamanı “Masdar” şirkətinin nümayəndələri tərəfindən layihə çərçivəsində müvafiq yolların çəkilməsinin başa çatdırıldığı, günəş panellərinin quraşdırlacağı ərazinin düzləşdirildiyi və kilometrlərlə ərazinin hasarlandığı bildirilib.

Hər iki üzü elektrik enerjisi istehsal edə bilən və hər birinin gücü 545-550 Vt olan 500 mindən çox günəş panelinin quraşdırılmasının planlaşdırıldığı, hazırda panellərin tədricən sahəyə gətirildiyi, panellərin təmizlənməsi üçün avtomatlaşdırılmış qurğuların sınaqdan keçirildiyi qeyd edilib. 330/35 kV-luq yarımstansiyanın tikintisinin davam etdirildiyi, tək oxlu günəş izləmə sistemi ilə təchiz olunacaq stansiyanın cari ilin sonuna qədər istismara veriləcəyi vurğulanıb.

Daha sonra energetika naziri və şirkətin baş icraçı direktoru stansiyada ilk günəş panelinin quraşdırılması prosesində və ağacəkmə mərasimində iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi