"Qarabağ" yatağında qiymətləndirmə quyusu bu ilin II yarısında qazılacaq

"Qarabağ" yatağında qiymətləndirmə quyusu bu ilin II yarısında qazılacaq Yatağın işlənməsi üzrə ilkin layihələndirmə işləri bu ayın sonunda yekunlaşdırılacaq
Energetika
2 Mart , 2018 10:48
Qarabağ yatağında qiymətləndirmə quyusu bu ilin II yarısında qazılacaq

Bakı. 2 mart. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Qarabağ" yatağında qiymətləndirmə quyusu- KPS-4 bu ilin II yarısında (III rübdə) qazılacaq.

"Report" xəbər verir ki, bu barədə yatağın işlənməsi layihəsi üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin ictimai dinləmələrində layihənin rəhbəri Nüsrət Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda yatağın işlənməsi üzrə ilkin layihələndirmə işləri davam edir və bu işlər bu ayın sonunda yekunlaşdırılacaq: "Daha sonra əsaslı layihələndirmə mərhələsinə keçiləcək və bu da ilin sonuna tamamlanacaq".

Qeyd edək ki, qazma işləri Dədə Qorqud qazma qurğusu vasitəsilə aparılacaq.

Sənəddə qeyd olunub ki, KPS-4 kəşfiyyat quyusu 3 500 metr dərinliyə hesablanıb.

"Qarabağ" yatağı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “28 May” Neft-Qaz Çıxarma İdarəsinin akvatoriyasındadır. 

2017-ci il dekabrın 20-də SOCAR və “Statoil” şirkətləri "Qarabağ'' yatağının işlənməsi ilə bağlı risk xidmətləri üzrə perspektivli əməkdaşlığın əsas prinsiplərini razılaşdırıb və qazma işləri də bu saziş çərçivəsində həyata keçiriləcək. 

"Qarabağ" yatağı Bakıdan 120 km, Abşeron yarımadasının sahilindən şərqə doğru 85 km, "Neft daşları" və "Günəşli" yataqlarından şimal-şərqə doğru 20-25 km məsafədə yerləşir. Yatağın ümumi sahəsi 11 min ha təşkil edir.

Son xəbərlər

Orphus sistemi