Pakistan Nazirlər Kabineti SOCAR-la əməkdaşlığa dair Sazişi təsdiq edib

Pakistan Nazirlər Kabineti SOCAR-la əməkdaşlığa dair Sazişi təsdiq edib Bu həftə Pakistan Nazirlər Kabinetinin İqtisadi Koordinasiya Komitəsinin iclası keçirilib.
Energetika
6 Aprel , 2019 11:53

Bu həftə Pakistan Nazirlər Kabinetinin İqtisadi Koordinasiya Komitəsinin iclası keçirilib. 

“Report”un Pakistan mediasına istinadən verdiyi xəbərə görə, Komitə Pakistan Dövlət Neft Şirkətinin (PSO) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə imzalanması nəzərdə tutulan razılaşmanı təsdiq edib.

Məlumatda deyilir ki, Yanacaq Təchizatı Sazişi Pakistan Neft Nazirliyi tərəfindən Komitəyə təqdim edilib.

Azərbaycan və Pakistan bir sıra sahələrdə olduğu kimi neft, neft məhsulları, maye qaz (LNG) və mayeləşdirilmiş neft qazı (LPG) sahəsində əməkdaşlıq etməyi planlaşdırırlar. 

Qeyd edək ki, 2016-cı ilin aprelində İslamabadda keçirilən Azərbaycan-Pakistan Birgə Hökumətlərarası Komissiyasının altıncı iclasında hər iki ölkə arasında neft, neft məhsulları, LNG və LPG təchizatı sahəsində əməkdaşlıq edilməsi haqqında razılıq əldə edilib. Razılaşmaya görə, SOCAR-ı bu münasibətlərdə “SOCAR Trading” təmsil edəcək.

Həmçinin iki ölkənin energetika sektorlarına investisiyaların cəlb edilməsi üçün hökumətlərarası Sazişin imzalanmasına dair müzakirələr aparılmışdı. Bu investisiyalar əsasən mövcud infrastrukturun yenidən qurulması və neft-qaz anbarlarının inşasını özündə əks etdirir.

Son xəbərlər

Orphus sistemi