Professor: "Azərbaycan iqlim dəyişmələri üzrə beynəlxalq səylərə dəstək olaraq mühüm addımlar atır" - ŞƏRH

Professor: "Azərbaycan iqlim dəyişmələri üzrə beynəlxalq səylərə dəstək olaraq mühüm addımlar atır" - ŞƏRH Professor: "Azərbaycan iqlim dəyişmələri üzrə beynəlxalq səylərə dəstə
Energetika
13 Yanvar , 2020 10:22
Professor: Azərbaycan iqlim dəyişmələri üzrə beynəlxalq səylərə dəstək olaraq mühüm addımlar atır - ŞƏRH

Karbohidrogen ehtiyatlarına malik Azərbaycan üçün neft-qaz sektorunun inkişafı prioritet sahələrdəndir. Hasilatın davam etdirilməsi və ya artırılması fonunda ekoloji tarazlığın qorunması, bu prosesin ətraf mühitə təsirinin azaldılması ölkələr qarşısında yeni vəzifələr, çağırışlar qoyur.

Azərbaycan bu çağırışlara nə dərəcədə cavab verir və bu istiqamətdə hansı əməli addımlar atılır?

Bununla bağlı "Report"a açıqlama verən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrasının müdiri, professor Ələkbər Həsənov Azərbaycanda iqlim dəyişmələri üzrə beynəlxalq səylərə dəstək vermək üçün mühüm addımların atıldığını deyib:

"Buna misal olaraq Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istilik effekti yaradan qazların (İEYQ) emissiyalarının iqlim dəyişmələrinə təsirinin azaldılmasına istiqamətlənmiş neft və qaz sektorunda tədbirlərini göstərmək olar. Bu kontekstdə SOCAR-ın İqlim Dəyişikliyinin Təsirlərinin Azaldılması Strategiyasına dəstək xarakteri daşıyan, şirkət tərəfindən həyata keçirilən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planları” (NAMA) layihəsini qeyd etmək olar. Bu layihə karbon emissiyalarını azaldan texnologiyaların tətbiqinə pilot investisiya qoyuluşlarını nəzərdə tutur.

"Neft və qaz sektoru üzrə 2 layihə validasiya prosesini keçib və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 40-a yaxın PİN hazırlanıb".

Ələkbər Həsənov

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Neft-Kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının müdiri, professor Ələkbər Həsənov

Bütövlükdə isə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Kioto Protokoluna qoşulmaqla iqlim dəyişmələri üzrə beynəlxalq səylərə dəstək vermək üçün tədbirlər görür. Azərbaycanda qəbul edilmiş bir sıra qanunlarda, dövlət proqramları və tənzimləmə aktlarında iqlimin təsirinin yumşaldılması üzrə tədbirlər hazırlanıb. 2015-ci ildə Azərbaycan hökuməti İEYQ-lərin iqlim dəyişmələrinə təsirlərinin azaldılması ilə bağlı bir sıra vacib proqramlar qəbul edib.

Belə ki, alternativ enerjidən istifadə kommersiya və yaşayış sektorlarında az karbonlu tədbirlər prioritet kimi müəyyənləşdirilib və 1990-cı il baza ili ilə müqayisədə 2030-cu ilə qədər İEYQ-lərin emissiyalarının səviyyəsində 35% azalmanı hədəf kimi götürüb.

Hazırda Təmiz İnkişaf Mexanizmi (TİM) şurası tərəfindən 6 TİM layihəsi, eləcə də enerji sektorunda alternativ enerji və məişət tullantılarından istifadə üzrə layihələr qeydiyyata alınıb. Neft və qaz sektoru üzrə 2 layihə validasiya prosesini keçib və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 40-a yaxın PİN hazırlanıb. Hazırlanmış layihələrdə ildə, təxminən, 19 milyon ton CO2-ekv. ilə tullantı azalmaları nəzərdə tutulur".

Son xəbərlər

Orphus sistemi