Piter Teys: "Şübhəsiz, tezliklə digər ölkələr Cənub Qaz Dəhlizi layihəsinə qoşulacaq"

Piter Teys: "Şübhəsiz, tezliklə digər ölkələr Cənub Qaz Dəhlizi layihəsinə qoşulacaq" Bakı. 26 oktyabr. REPORT.AZ/ Türkmənistanın Cənub Qaz Dəhlizi layihəsinə səmərəli inteqrasiyasını təmin etmək üçün onlarla digər ölkələr arasında intensiv dialoq təşkil etmək lazımdır.
Energetika
894
26 Oktyabr , 2018 15:27
Piter Teys: Şübhəsiz, tezliklə digər ölkələr Cənub Qaz Dəhlizi layihəsinə qoşulacaq
Piter Teys

Bakı. 26 oktyabr. REPORT.AZ/ Türkmənistanın Cənub Qaz Dəhlizi layihəsinə səmərəli inteqrasiyasını təmin etmək üçün onlarla digər ölkələr arasında intensiv dialoq təşkil etmək lazımdır.

Bu barədə "Report"a amerikalı politoloq, Markett Universitetinin (Viskonsin) professoru Piter Teys bildirib.

Ekspertin sözlərinə görə, digər ölkələrin bu layihəyə sonrakı mərhələdə qoşulacağı şübhə doğurmur və belə ölkələrdən biri Türkmənistandır: "Türkmənistan kifayət qədər qapalı cəmiyyətdir və Transxəzər qaz kəmərinə qoşulmadan əvvəl bir sıra ön tədbirlər həyata keçirilməlidir. Azərbaycan və Türkmənistan arasında müntəzəm dialoq iki ölkə arasında energetika sahəsində əlaqələrin inkişafında vacibdir".

Xatırladaq ki, daha əvvəl Avropa İttifaqının nümayəndələri Brüsseldə Türkmənistan nümayəndə heyəti ilə aparılan danışıqlar zamanı Transxəzər qaz kəmərinin tikintisinə investisiya cəlb edilməsinə yardım göstərilməsinə hazır olduqlarını bildiriblər.

Dünyadakı iqtisadi vəziyyəti və müxtəlif siyasi məsələlərin neft sektoruna təsirini şərh edən ekspert qeyd edib ki, hazırda neftin qiymətinə təzyiq göstərən bir sıra amil var. Bunlar arasında ABŞ-ın Federal Ehtiyat Sistemi və Maliyyə Nazirliyi tərəfindən görülən tədbirlər, İran və Rusiyaya qarşı iqtisadi sanksiyalar və Vaşinqtonla Pekin arasında ticari fikir ayrılıqları var.

"Şübhəsiz, ABŞ-ın İran neftinə qarşı sanksiyalar tətbiq etməsi ciddi nəticələrə səbəb olacaq. Bu təkcə neft bazarlarına deyil, həm də maşınqayırma, bərpa olunan enerji mənbələri və texnoloji innovasiyalar sahələrinə təsir edəcək", - ekspert əlavə edib.

Neftin qiymətinin sabitləşməsindən danışan amerikalı politoloq və ekspert neftin qiymətinin ən azı 2019-cu ilin əvvəlinə qədər dəyişkən olacağını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi