Pərviz Şahbazov: “Cənub Qaz Dəhlizi digər qaz nəqli sistemləri üçün rəqib deyil”

Pərviz Şahbazov: “Cənub Qaz Dəhlizi digər qaz nəqli sistemləri üçün rəqib deyil” ​​​​​​​Cənub Qaz Dəhlizi dünyanın ən böyük infrastruktur layihələrindən biridir və 2020-ci ilin 31 dekabr tarixindən etibarən Azərbaycan qazı Avropaya nəql olunmağa başlayıb
Energetika
20 Sentyabr , 2021 13:45
Pərviz Şahbazov: “Cənub Qaz Dəhlizi digər qaz nəqli sistemləri üçün rəqib deyil”

"Cənub Qaz Dəhlizi dünyanın ən böyük infrastruktur layihələrindən biridir və 2020-ci ilin 31 dekabr tarixindən etibarən Azərbaycan qazı Avropaya nəql olunmağa başlayıb".

“Report”un məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Rusiyanın "Nefteqazovaya Vertikal" jurnalına müsahibəsində bildirib.

Nazir xatırladıb ki, imzalanmış müqavilələrə əsasən, 25 il ərzində hər il Avropa bazarına 10 milyard kubmetr təbii qaz tədarük ediləcək: “Bu layihə mənbələrin və təchizat marşrutlarının şaxələndirilməsi baxımından bölgənin enerji təhlükəsizliyinə töhfə verir”.

Bu boru kəmərinin digər qaz nəqli sistemləri ilə "anlaşmaq" məsələsinə gəlincə, P. Şahbazov qeyd edib ki, Cənub Qaz Dəhlizi və digər qaz nəqli sistemləri ilə rəqib deyil, əksinə, bir-birini tamamlayırlar.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin əsas komponentlərinə "Şahdəniz" layihəsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin uzadılması (Bakı-Tbilisi-Ərzurum), Türkiyənin şərq sərhədlərindən qərb sərhədlərinədək uzanan Trans-Anadolu Boru Kəmərinin (TANAP), habelə Yunanıstan, Albaniya və İtaliyanın cənubunu birləşdirən Trans-Adriatik Boru Kəmərinin (TAP) çəkilməsi daxildir.

TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Son xəbərlər

Orphus sistemi