Pərviz Şahbazov: "Bahalı neftdən bəhrələnsək də, sabit qiymət üçün fəaliyyətdəyik"

Pərviz Şahbazov: "Bahalı neftdən bəhrələnsək də, sabit qiymət üçün fəaliyyətdəyik" “Hazırda neft bazarında qiymətlər kifayət qədər yüksəkdir”.
Energetika
8 Noyabr , 2021 15:35
Pərviz Şahbazov: Bahalı neftdən bəhrələnsək də, sabit qiymət üçün fəaliyyətdəyik
Pərviz Şahbazov

“Hazırda neft bazarında qiymətlər kifayət qədər yüksəkdir”.

Bunu “Report”a açıqlamasında energetika naziri Pərviz Şahbazov deyib.

"Biz də sözsüz ki, bahalı neftdən bəhrələnirik, amma eyni zamanda sabit neft qiymətləri üçün “OPEC+" formatı çərçivəsində fəaliyyətimizi davam etdiririk. Noyabrın 4-də “OPEC+" daha bir önəmli qərar qəbul etdi və düşünürəm ki, bu son qərar neft bazarına töhfə verəcək”.

Xatırladaq ki, noyabrın 4-də “OPEC+” ölkələrinin energetika nazirlərinin 22-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barrel artırılması üzrə nazirlərin iyul iclasında qəbul edilmiş qərarın qüvvədə qalmasına dair razılıq əldə edilib. Azərbaycan “OPEC+” üzrə neft hasilatının artırılması üzrə konsensusa qoşulub.

Son xəbərlər

Orphus sistemi