Pərviz Şahbazov: "Aİ ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlığı genişləndirmək lazımdır"

Pərviz Şahbazov: "Aİ ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlığı genişləndirmək lazımdır" Avropa İttifaqi (Aİ) ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlığı genişləndirmək lazımdır.
Energetika
4 aprel 2025 17:59
Pərviz Şahbazov: Aİ ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlığı genişləndirmək lazımdır
Pərviz Şahbazov

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlığı genişləndirmək lazımdır.

“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası nazirlərinin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclasının yekunu ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

"2022-ci ildə Aİ ilə enerji sahəsində əməkdaşdaşlığına dair sənəd inzalananda əsas niyyət ondan ibarət idi ki, SGC-nin inkişafının birinci fazasına uyğun olaraq, ikinci fazası da inkişaf etdiriləcək. Birinci fazada biz 25 illik müqavilərə, maliyyə dəstəyi və ciddi zəmanət əldə etmişdik", - o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan Aİ ilə SGC-nin ikinci fazası ilə bağlı razılıq əldə edəndə qarşı tərəf bu zəmanətlərin olmayacağını bəyan etməyib: "Biz ümid edirdik ki, biz eyni şəkildə bu əməkdaşlığı davam etdirəcəyik. Amma Aİ-nın bu istiqamətdə siyasəti dəyişdi. Biz bu layihəyə qarşılıqlı maraq doğuran layihə statusu belə ala bilmədik. Avropa maliyyə qurumları bu layihələrin maliyyələşdirilməsinə razılıq vermədilər. SGC-nin iki fazasının həyata keçirilməsi üçün uzunmüddətli müqavilələr, zəmanətlər olmalıdır".

Orphus sistemi