Paytaxtda kommersiya obyektləri və torpaqların qiymət dinamikası açıqlanıb

Energetika
  • 07 may, 2024
  • 10:22
Paytaxtda kommersiya obyektləri və torpaqların qiymət dinamikası açıqlanıb

Bu ilin aprel ayında Bakıda kommersiya obyektlərinin satış qiyməti 1 kvadrat metrə görə mart ayına nisbətən 1,6 % azalıb.

Bu barədə “Report”a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, son 1 ildə isə paytaxtın kommersiya obyektlərinin satış qiyməti 1 kvadrat metrə görə 6,6 % artıb: “Bazarda təklif sayı ay ərzində 1,4 %, il ərzində isə 21,3 % artıb”.

V. Oruc qeyd edib ki, obyektlərin icarə qiymətləri isə 1 kvadrat metrə görə ay ərzində 1,1 %, il ərzində isə 4,8 % artıb: “Kommersiya obyektlərinin icarəsi üzrə təklif sayında göstəricilər 2,9 % artıb".

Əmlak eksperti həmçinin bildirib ki, apreldə torpaq sahələri 1 sota görə mart ayına nisbətən 2,7 %, son 1 ildə isə ortalama 17 % bahalaşıb: “Lakin kənd təsərrüfatı təyinatlı torpaqlar isə 35-40% qədər artım qeydə alınıb. Torpaq bazarında təklif sayı ay ərzində 2,4 % azalıb, il ərzində 19,5 % artıb".