"Pakistan və Azərbaycan qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın genişləndirilməsində maraqlıdır".
"Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ilə Xayber Paxtunxva vilayətinin assambleya sədri Müştaq Əhməd Qəni arasındakı görüş zamanı bildirilib.
Belə ki, assambleya sədri Azərbaycanı Pakistanın energetika və kənd təsərrüfatı sahələrinə investisiya qoymağa dəvət edib. O deyib ki, Azərbaycanın zəngin karbohidrogen ehtiyatları var və Pakistan hökuməti bu sahədə ölkənin təcrübəsini öyrənməkdə maraqlıdır.
Səfir Ə.Əlizadə
M.Ə.Qəni Kəşmir məsələsində Azərbaycanın mövqeyini və dəstəyini yüksək qiymətləndirib.