Ötən il SOCAR qaz hasilatını 4 % artırıb
- 10 fevral, 2024
- 06:16
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 8 milyard 390 milyon 738 min kubmetr qaz hasil olunub.
Bu barədə “Report” SOCAR-ın ötən il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair açıqladığı hesabata istinadən məlumat verir.
Bildirilib ki, bu, 2022-ci illə müqayisədə 320 milyon 775 min kubmetr və ya 4 % artım qeydə alınıb.
Ölkə üzrə qaz hasilatında da artım tendensiyası davam edib və 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1 milyard 564 milyon 246 min kubmetr və ya 3,3 % artaraq, 48 milyard 301 milyon 318 min kubmetr təşkil edib.
Xatırladaq ki, 2022-ci il ərzində SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 8 milyard 390 milyon 738 min kubmetr, Azərbaycan üzrə isə 46 milyard 736 milyon 972 min kubmetr təbii qaz hasil olunub.