Ötən il Azərbaycanda qaz hasilatı 18 % artıb
- 15 fevral, 2022
- 07:25
Ötən il ərzində Azərbaycanda 43,9 milyard kubmetr qaz hasil edilib.
“Report”un məlumatına görə, bu barədə Energetika Nazirliyi tərəfindən 2021-ci ildə görülmüş işlərə dair hesabatda deyilir.
Hesabata görə, bu, proqnozdan 2,9 milyard kubmetr və ya 7 % çoxdur. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,7 milyard kubmetr, yəni 18,1 % çox qaz hasil edilib.
Ötən il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 7,9 milyard kubmetr qaz hasil edilib ki, bu da proqnozdan 28,2 milyon kubmetr, yəni 0,4 % azdır.
2021-ci ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 13,4 milyard kubmetr qaz hasilib ki, bu da proqnozdan 1,8 milyard kubmetr, yəni 15,9 % çoxdur.
Bu müddət ərzində “Şahdəniz” yatağından 22,6 milyard kubmetr qaz hasil edilib ki, bu da proqnozdan 1,1 milyard kubmetr, yəni 5 % çoxdur.