Ötən il Azərbaycanda neft hasilatı proqnozdan 3 % az olub
- 15 fevral, 2022
- 07:17
2021-ci il ərzində Azərbaycanda 34,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
“Report”un məlumatına görə, bu barədə Energetika Nazirliyi tərəfindən 2021-ci ildə görülmüş işlərə dair hesabatda deyilir.
Məlumata görə, bu, proqnozdan 1 milyon 044 min ton, yəni 2,9 % azdır. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 33 min ton və ya 0,095 % çox neft (kondensatla birlikdə) hasilatı olub.
Ötən il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) (kondensatla birlikdə) üzrə 7,9 milyon ton (proqnozdan təqribən 351 min ton, yəni 4,7 % çox) hasil edilib.
2021-ci il ərzində “Azəri-Çıraq -Günəşli” yataqlar blokundan 22,5 milyon ton, proqnozdan təqribən 1 milyon 528 min ton, yəni 6,4 % az hasilat olub.
Bu müddət ərzində “Şahdəniz” qaz-kondensat yatağından 4,2 milyon ton kondensat hasil edilib. Bu, proqnozdan təqribən 133 min ton, yəni 3,3 % çoxdur.