Ötən il Azərbaycanda 5,9 mln ton neft emal edilib
Energetika
- 05 fevral, 2021
- 12:05
2020-ci il ərzində Azərbaycanda neft emalı 5,875 mln ton təşkil edib.
Bu barədə “Report” Energetika Nazirliyi tərəfindən 2020-ci ildə görülmüş işlərə dair hazırladığı hesabatda deyilir.
Məlumata görə, ölkədə neft emalı proqnozdan 172,7 min ton, yəni 3 % çox olub.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.
1953-cü ildə əsası qoyulan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda modernizasiya və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.
Son xəbərlər
09:56
Muxtar Babayev COP31 ərəfəsində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb
Ekologiya09:54
"Sabah"ın rəqibi "Slaviya" futbolçusu Yussufa Sanyanqı icarəyə verib
Futbol09:53
Astanada Türk "Yaşıl maliyyə" Şurasının ikinci iclası keçirilir
Maliyyə09:46
Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib
Mədəniyyət siyasəti09:45
Xalq artisti Aleksandr Şarovski vəfat edib
Mədəniyyət siyasəti09:41
Rusiya ordusu növbəti dəfə Ukrayna ilə Moldova arasında sərhəd-keçid məntəqəsini vurub
Digər ölkələr09:39
Vayra Vike-Freyberqa: Azərbaycan qalıq yanacağından müasir enerji mənbələrinə keçidə hazırlaşır
Energetika09:39
"Borussiya"nın futbolçusu Seru Qirassi Robert Levandovskini geridə qoyub
Futbol09:33