Ötən ay Azərbaycanda əhali sektoru üzrə 14,7 min yeni abonent qeydə alınıb

Ötən ay Azərbaycanda əhali sektoru üzrə 14,7 min yeni abonent qeydə alınıb Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin ümumi sayı 1 980 526-ya çatıb
Energetika
9 Dekabr , 2016 11:50
Ötən ay Azərbaycanda əhali sektoru üzrə 14,7 min yeni abonent qeydə alınıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində cari ilin noyabr ayı ərzində əhali sektoru üzrə 14 717 yeni abonent qeydiyyata alınıb.

“Report”un “Azəriqaz”a istinadən verdiyi xəbərə görə, bunun 6 755-i Bakı, Abşeron və Sumqayıt, 7 962-i isə regionlar üzrədir.

Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin ümumi sayı 1 980 526-ya çatıb.

Bu il dekabrın 1-i tarixinə olan məlumata görə, əhali sektoru üzrə 133 316 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub və qeyri-əhali sektoru üzrə 386 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Son xəbərlər

Orphus sistemi