OPEC ona üzv olmayan ölkələrdə hasilatın artımına dair proqnozunu azaldıb

OPEC ona üzv olmayan ölkələrdə hasilatın artımına dair proqnozunu azaldıb Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) ona üzv olmayan ölkələrdə bu il gündəlik neft-qaz kondensatı hasilatının həcminin artımına dair proqnozunu 26 min barel azaldaraq 810 min barelə endirib.
Energetika
15 İyul , 2021 17:43
OPEC ona üzv olmayan ölkələrdə hasilatın artımına dair proqnozunu azaldıb

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) ona üzv olmayan ölkələrdə bu il gündəlik neft-qaz kondensatı hasilatının həcminin artımına dair proqnozunu 26 min barel azaldaraq 810 min barelə endirib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, təşkilat iyulda hasilat qeyri-OPEC ölkələrində gündəlik hasilatın həcminin 63,76 milyon barelə çatacağını proqnozlaşdırır.

OPEC-in proqnozuna yenidən baxması Azərbaycan, Böyük Britaniya, Braziliya, İndoneziya, Norveç üçün hasilat proqnozlarının azalması ilə izah olunur. Bununla belə, ABŞ və Kanadada gözlənildiyindən daha çox karbohidrogen çıxarıldığı üçün hasilatın artacağı proqnozlaşdırılır.

2022-ci ildə qeyri-OPEC ölkələrində gündəlik hasilatın həcminin 2,1 milyon barel çox - 65,85 milyon barel olacağı gözlənilir. O cümlədən bu il ABŞ-da gündəlik hasilatın həcminin 0,12 milyon barel azalaraq 11,2 milyon barelə düşəcəyi, gələn il isə 11,73 milyon barel təşkil edəcəyi güman edilir.

Son xəbərlər

Orphus sistemi