OPEC+ ölkələri mayda hasilatın azaldılması üzrə sazişi 87% yerinə yetirib

OPEC+ ölkələri mayda hasilatın azaldılması üzrə sazişi 87% yerinə yetirib Neft hasilatının 9,7 milyon barel/gün azaldılması üzrə sazişdə iştirak edən OPEC+ ölkələri may ayında saziş planını 87% yerinə yetirib.
Energetika
160
17 İyun , 2020 16:28
OPEC+ ölkələri mayda hasilatın azaldılması üzrə sazişi 87% yerinə yetirib

Neft hasilatının 9,7 milyon barel/gün azaldılması üzrə sazişdə iştirak edən OPEC+ ölkələri may ayında saziş planını 87% yerinə yetirib.

“Report” xəbər verir ki, bu barədə TASS-a bu gün Texniki Komitənin iclasında müzakirə ediləcək statistika ilə tanış olan OPEC-dəki mənbə məlumat verib.

Bununla da saziş ölkələri razılaşmanın ilk ayında neft hasilatını gündəlik 8,4 milyon barel azaldıb.

Mənbə qeyd edib ki, OPEC üzvü olan 10 ölkə hasilatın azaldılması üzrə kvotanı 84%, sazişdə iştirak edən qeyri-OPEC ölkələri isə 92% yerinə yetirib.

OPEC+ Texniki Komitəsinin bugünkü iclası üçün hazırlanan statistika Beynəlxalq Enerji Agentliyinin (BEA) qiymətləndirməsinə yaxındır. Agentliyin dünən dərc edilən hesabatında OPEC+ ölkələrinin may ayında hasilatın azaldılması üzrə saziş kvotasını 89%, OPEC ölkələrinin 86%, qeyri-OPEC ölkələrinin isə 94% yerinə yetirdiyi göstərilmişdi.

Daha əvvəl OPEC+ nazirləri alyans daxilində hasilatın kifayət qədər azaldılmaması mövzusunu müzakirə ediblər. Səudiyyə Ərəbistanı tərəfi sərt şəkildə öhdəlikləri aşağı səviyyədə yerinə yetirənin sazişdə işinin olmadığını bildirib. BEA-nın hesablamalarına görə, may ayında İraq, Nigeriya, Anqola, Qazaxıstan və başqa ölkələr kvotaya uyğun şəkildə neft hasilatını azalda bilməyib. İyunun 6-da keçirilən iclasda alyans ölkələri “geriliyi” iyul-sentyabr aylarında kompensasiya ediləcəyi ilə bağlı razılığa gəliblər.

Sabah cari nəticələr səkkiz ölkənin (Rusiya, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Əlcəzair, Venesuela, İraq və Qazaxıstan) daxil olduğu Nazirliklərin Monitorinq Komitəsinin iclasında müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi