SOCAR: ​"Neftqaztikinti" Trestinin elektriki ürək çatışmazlığından vəfat edib

SOCAR: ​"Neftqaztikinti" Trestinin elektriki ürək çatışmazlığından vəfat edib Həkim-tibbi ekspertizanın verdiyi rəy də bunu təsdiqləyir
Energetika
15 Dekabr , 2014 13:45
SOCAR: ​Neftqaztikinti Trestinin elektriki ürək çatışmazlığından vəfat edib

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-quraşdırma İdarəsinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 6-cı dərəcəli elektrik montyoru Simran Qarakişi oğlu Məhərrəmov dekabrın 14-də saat 10:30 radələrində “Neft Daşları” ilə Civanov adası - 1 741 saylı estakadayanı meydançanın arasındakı obyektdə ona tapşırılmış işi yerinə yetirib qayıdarkən həmin meydançanın yaxınlığında özünü pis hiss edərək məhəccərdən tutub dayanıb və müvazinətini itirərək dənizə düşüb. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.

Əynində xilasedici gödəkcə olduğuna görə, suyun üzərində qalan S.Məhərrəmov dərhal sudan çıxarılıb və onun vəfat etdiyi məlum olub. “Neft Daşları” tibbi sanitar hissəsinin həkimləri tərəfindən onun ürək tutmasından vəfat etdiyi bildirilib. Onun meyiti helikopterlə sahilə çıxarılaraq ölümünün səbəblərinin dəqiq müəyyənləşdirilməsi üçün həkim-tibbi ekspertizasına aparılıb. Tibbi ekspertizanın verdiyi ilkin rəyə görə, mərhum ürək çatışmazlığından vəfat edib.

Son xəbərlər

Orphus sistemi