Dünya bazarında neftin qiyməti fərqli dinamika nümayiş etdirir

Dünya bazarında neftin qiyməti fərqli dinamika nümayiş etdirir Birmənalı olmayan xəbərlər fonunda dünya bazarında neftin qiyməti fərqli dinamika nümayiş etdirir.
Energetika
8 Aprel , 2022 11:05
Dünya bazarında neftin qiyməti fərqli dinamika nümayiş etdirir

Birmənalı olmayan xəbərlər fonunda dünya bazarında neftin qiyməti fərqli dinamika nümayiş etdirir.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyun fyuçersləri 0,01% ucuzlaşaraq, 1 bareli 100,57 ABŞ dollarına satılıb. WTI neftinin may fyuçerslərinin qiyməti isə əksinə 0,44% artaraq, 1 bareli 96,44 ABŞ dolları təşkil edib.

Fərqli dinamikanın səbəbi kimi investorların Rusiyaya qarşı sanksiyalar fonunda bazarda neftin azalacağından ehtiyat etməsi göstərilir. Belə ki, Aİ diplomatiyasının rəhbəri Jozep Borrel aprelin 11-i Aİ XİN başçılarının Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəyini açıqlayıb.

Xammal çatışmazlığı ilə bağlı narahatlıqları azaldan məqam ABŞ və Beynəlxalq Eenerji Agentliyi (BEA) ölkələrinin bazara 240 milyon barel neft çıxarmağı planlaşdırmasıdır.

Neftin ən böyük idxalçısı olan Çində koronavirusa yoluxmanın artması qiymət dinamikasına mənfi təsir göstərir. Hökumət pandemiyanın yayılmasının qarşısını almaq üçün məhdudlaşdırıcı tədbirlər görmək məcburiyyətində qalıb. Əhalinin hərəkətliliyinin azalması isə neftə olan tələbi azaldıb.

İngilis versiyası Oil prices vary

Son xəbərlər

Orphus sistemi