Neftin bahalaşması bir qədər səngidi

Neftin bahalaşması bir qədər səngidi OPEC+ forrmatı çərçivəsində gələn ilin əvvəlindən hasilatın artırılmasına dair əldə edilmiş razılaşmadan sonra bu gün günorta saatlarındakı hərraclarda neft qiymətlərinin artımı bir qədər səngiyib.
Energetika
4 Dekabr , 2020 17:08
Neftin bahalaşması bir qədər səngidi

OPEC+ formatı çərçivəsində gələn ilin əvvəlindən hasilatın artırılmasına dair əldə edilmiş razılaşmadan sonra bu gün günorta saatlarındakı hərraclarda neft qiymətlərinin artımı bir qədər səngiyib.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 15:11-də “Brent” markalı neftin fevral fyuçersləri 1,4 faiz bahalaşaraq 49,39 ABŞ dollarından, WTI markalı neftin yanvar fyuçersləri də 1,45 faiz bahalaşaraq 46,3 ABŞ dollarından satılıb. Səhər hərraclarında qiymət artımı 1,5–2 faiz həddində olub.

Xatırladaq ki, dünənki iclas zamanı OPEC+ formatı çərçivəsində 2021-ci ilin yanvar ayından hasilatı aybaay artırmaq barədə yekdil qərara gəlindi. Belə ki, yanvar ayında hasilat 500 min barel, sonrakı aylar ərzində isə ayrıca qərar əsasında, lakin 500 min bareldən çox olmamaq şərtilə artırılacaq.

Yəni 2021-ci ilin yanvar ayında OPEC+ ölkələri istinad nöqtəsi olaraq qəbul etdikləri 2018-ci ilin oktyabr ayı səviyyəsinə nisbətən hasilatı əvvəlki razılaşmadakı kimi 5,8 milyon barel yox, 7,2 milyon barel ixtisar olunacaq.

“OPEC+ tərəfindən mövcud ixtisar həcminə son qoymaq üçün maneələrin əlaqəli şəkildə dəf edilməsi 2021-ci ildə neft qiymətlərinin davamlı artacağına dair qənaətimizi daha da artırır”, – “Goldman Sachs”ın ekspertləri “Reuters”ə bildiriblər.

Son xəbərlər

Orphus sistemi