Yuxarı

"Neft Daşları" yatağında yeni quyu qazılır

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacaq

Bakı. 29 may. REPORT.AZ/ “Neft Daşları” yatağındakı 1954A nömrəli meydançadan 2 681 nömrəli quyuda qazma işlərinə başlanılıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

“Neft Daşları” NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməkialtı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1 360 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi