Amerikalı ekspert: "Neft Daşları"nın kəşfi dünya neft sənayesinin tarixində böyük uğurdur"

Amerikalı ekspert: "Neft Daşları"nın kəşfi dünya neft sənayesinin tarixində böyük uğurdur" 1949-cu ildə Xəzər dənizində Neft Daşlarının, yəni buradakı neft ehtiyatlarının kəşf edilməsi dünya neft sənayesi tarixində böyük uğur və hadisədir.
Energetika
7 Noyabr , 2019 16:57
Amerikalı ekspert: Neft Daşlarının kəşfi dünya neft sənayesinin tarixində böyük uğurdur

1949-cu ildə Xəzər dənizində "Neft Daşları"nın, yəni buradakı neft ehtiyatlarının kəşf edilməsi dünya neft sənayesi tarixində böyük uğur və hadisədir".

Bunu "Report"a açıqlamasında qlobal siyasət və Trans-Atlantik münasibətlər üzrə ekspert, Qlobal Mühəndislik Şurasının və digər nüfuzlu beynəlxalq strukturların məsləhətçisi Piter Teys deyib.

Amerikalı ekspertin sözlərinə görə, Azərbaycanda neft sənayesinin inkişafı yerli alimlər üçün böyük irəliləyiş olub, buna görə də indi dünyada onlara çox böyük tələbat var. 

“Ötən əsrin texnoloji şərtlərini nəzərə alaraq, Azərbaycan sahillərindən 100 kilometr şərqdə “Neft Daşları”nın yaradılması özü böyük hadisədir. Məqsədlərə çatmaq üçün indi də bütün dünyada istifadə olunan innovativ konstruksiyalar hazırlanmışdı", - deyə o bildirib.

P.Teys qeyd edib ki, bir çox inkişaf etmiş ölkələrin də suda qurğulara sahib olmalarına və iqtisadiyyatlarının inkişafını təmin etmək üçün böyük həcmdə neftdən istifadə etmələrinə baxmayaraq, "Neft Daşları" günümüzdə də dünyanın ən nüfuzlu elm adamlarının diqqətini cəlb edir. 

"Burada azərbaycanlı alimlərin və xoşbəxtlikdən sayı gündən-günə artan yüksək səviyyəli mühəndislərin yaratmağa davam etdirdikləri yeniliklərdən istifadə olunur", - deyə P.Teys əlavə edib.

Ekspertin sözlərinə görə, çox az adam "Neft Daşları"nın logistik potensialı, buradakı yataqların istehsal gücü, neft hasilatı üçün istifadə olunan texnologiyalar baxımından dünyanın ən böyük dəniz neft yataqlarından biri olduğunu bilir. 

"Neft sənayesində elmi tədqiqatlar və innovasiyalar barədə danışarkən Azərbaycan, demək olar, dünyanın ən vacib ölkəsidir".

Piter Teys

Amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert

"Neft sənayesində elmi tədqiqatlar və innovasiyalar, karbohidrogen hasilatı və iri neft emalı zavodlarının inşası barədə danışarkən Azərbaycan, demək olar ki, dünyanın ən vacib ölkəsidir. Müxtəlif millətlərdən olan mühəndislər Azərbaycanın təcrübəsini öyrənmək və daha sonra ölkələrində onu tətbiq etmək məqsədilə buraya gəliblər", - deyə amerikalı ekspert qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan neft hasilatı sahəsində Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında dünya arenasında böyük nüfuz qazanıb, qonşu ölkələrlə elmi əməkdaşlıq regionda neft mühəndisliyinin inkişafına öz bəhrəsini verir.

“İndi Azərbaycan Prezident İlham Əliyevin səyləri hesabına neft və təbii qaz ixrac edir. Neft mühəndisliyi sahəsində azərbaycanlı alimlər və onların Qazaxıstan, Türkmənistan və Rusiyadan olan həmkarları arasında uzun müddətdir ki, davam edən əməkdaşlıq dialoqa və bir çox ölkələrin beynəlxalq elmi ictimaiyyətinə fayda gətirə biləcək yeni nailiyyətlərə töhfə verən müsbət nümunədir", - deyə mütəxəssis əlavə edib. 

Son xəbərlər

Orphus sistemi