Nazir: “Türkmənistan qazının Cənub Qaz Dəhlizi ilə nəqli üçün qazı alan tərəflə razılıq əldə edilməlidir”

Nazir: “Türkmənistan qazının Cənub Qaz Dəhlizi ilə nəqli üçün qazı alan tərəflə razılıq əldə edilməlidir” Bakı. 20 fevral. REPORT.AZ/ “Türkmənistan iki ildir Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurasına qoşulub. Türkmənistan nümayəndəsi isə maraq göstərdiklərini bəyan edib”.
Energetika
2108
20 Fevral , 2019 14:33
Nazir: “Türkmənistan qazının Cənub Qaz Dəhlizi ilə nəqli üçün qazı alan tərəflə razılıq əldə edilməlidir”
Azərbaycan energetika naziri Pərviz Şahbazov / Report/Firi Salim

Bakı. 20 fevral. REPORT.AZ/ “Türkmənistan iki ildir Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurasına qoşulub. Türkmənistan nümayəndəsi isə maraq göstərdiklərini bəyan edib”.

Bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V iclasından sonra mətbuat konfransında "Report"un Trans-Xəzər Boru Kəməri layihəsinin reallaşması və Türkmənistan qazının SGC ilə Avropaya ixrac edilməsi imkanları ilə bağlı sualını cavablandıran energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, Türkmənistan qazının SGC ilə nəqli üçün tərəflər arasında razılıq olmalıdır: “Dəhlizi qazla təchiz edən və onu alan tərəflər razılığa gəlməlidir. Əgər belə bir razılıq olarsa, SGC təklifləri nəzərdən keçirməyə hazırdır”, - nazir qeyd edib. 

Son xəbərlər

Orphus sistemi