Yuxarı

Nazir müavini: “STAR Neft Emalı Zavodu Türkiyənin bir çox məhsullar üzrə idxaldan asılılığını azaldacaq”

Nazir müavini: “STAR Neft Emalı Zavodu Türkiyənin bir çox məhsullar üzrə idxaldan asılılığını azaldacaq”
© Report/ Elchin Murad — İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov

Bakı. 24 oktyabr. REPORT.AZ/ “STAR Neft Emalı zavodunun açılması Azərbaycanla yanaşı, Türkiyə üçün də çox böyük əhəmiyyətə malikdir. Bu zavod Türkiyənin bir çox məhsullar üzrə idxaldan asılılığını azaldacaq”.

“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər” mövzusunda keçirilən beynəlxalq simpoziumda çıxışı zamanı deyib.

O həmçinin bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi sürətlə artıb: “2017-ci ildə Azərbaycanla Türkiyənin idxal-ixrac əməliyyatlarının dəyəri, təxminən, 12% artaraq 2,6 mlrd. ABŞ dolları olub. Bu ilin əvvəlindən isə artım göstəricisi 12%-dir. Türkiyədən idxalımız 25%, Türkiyəyə ixracımız isə 18% artıb”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi