Bakı. 19 oktyabr.
“Report” xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyev III İAEE "Xəzər və Mərkəzi Asiya Regionunda Enerji Sektorunda Qlobal Dəyişikliklərin təsiri" konfransında bildirib.
S.Vəliyev deyib ki, bu gün emal sahəsində də böyük işlər görülür: “Bu layihə Azərbaycan və Türkiyə enerji əməkdaşlığının daha bir uğurlu nümunəsidir. STAR digər ölkələrlə əməkdaşlığı genişləndirən, iqtisadi dayanıqlığı təmin edən layihədir”.
O qeyd edib ki, dünya enerji balansında aşağı karbonlu enerji növü kimi təbii qazın mövqeyi güclənir, qaza olan tələbat artır: "Mənbə və marşrutlarla yanaşı, boru kəmərləri ilə, LNG kimi qaz nəqli üsulları artır. Diversifikasiya qaz ixracatçıları üçün də enerji siyasətinin önəmli bir hissəsidir".
Onun sözlərinə görə, bu baxımdan Azərbaycan üçün Cənub Qaza Dəhlizi, ilk növbədə, qaz resurslarını daha geniş bazarlara çıxarmaq və ixrac marşrutlarını diversifikasiya etmək məqsədi daşıyır.
Nazir müavini deyib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi nəticəsində keyfiyyətli neft məhsulları istehsal ediləcək və ölkə iqtisadiyyatına fayda veriləcək. O həmçinin bildirib ki, SOCAR-ın Qaz emalı və qaz- kimya kompleksinin (SOCAR-GPC) tikintisi gələcəkdə hədəflərə çatmağa kömək edəcək.
Aqşin Rafiqoğlu