Nazir: "Azərbaycandan Türkiyəyə gedən qaz kəmərinin ötürücülük gücü 2 dəfə artırılacaq"

Nazir: "Azərbaycandan Türkiyəyə gedən qaz kəmərinin ötürücülük gücü 2 dəfə artırılacaq" “Türkiyəyə təbii qaz nəql edən boru xəttinin ötürücülük gücü qarşıdakı dövrdə 2 dəfə artırılacaq”.
Energetika
17 Yanvar , 2023 11:05
Nazir: Azərbaycandan Türkiyəyə gedən qaz kəmərinin ötürücülük gücü 2 dəfə artırılacaq

“Türkiyəyə təbii qaz nəql edən boru xəttinin ötürücülük gücü qarşıdakı dövrdə 2 dəfə artırılacaq”.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyində keçirilən Türkiyə-Macarıstan 8-ci Dövr Birgə İqtisadi Komissiyasının (KEK) toplantısında iştirakı zamanı deyib.

O bildirib ki, Türkiyə enerji mərkəzinə çevrilmək yolunda mühüm addımlar atır: “Türkiyədə Frakiyada yeni enerji terminalının tikintisi üçün hazırlıqlar sona çatmaq üzrədir. Buradan ölkəmizə təbii qaz axmağa başlayacaq. Bu yaxınlarda Qara dənizdə yeni böyük qaz yatağı kəşf etdik. Biz potensialımızı, gücümüzü dost və müttəfiq ölkələrlə bölüşməyə davam edəcəyik. Macarıstanla əlaqələrimizi də sıx şəkildə davam etdirəcəyik”.

Macarıstanın xarici İşlər və ticarət naziri isə bildirib ki, ölkəsinin enerji təchizatının şaxələndirilməsi üçün bəzi addımlar atılır: “Azərbaycan qazı ilə yanaşı, Macarıstana həm də mayeləşdirilmiş təbii qazın gətirilməsi Türkiyə limanları vasitəsilə nəzərəd tutulub”.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı- Tbilisi- Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Son xəbərlər

Orphus sistemi