Natiq Əliyevin son müsahibəsi: "XXI əsr Azərbaycan üçün təbii qaz əsri olacaq"

Natiq Əliyevin son müsahibəsi: "XXI əsr Azərbaycan üçün təbii qaz əsri olacaq" "Azərbaycanın adı neft mərkəzi kimi bütün dünyada səslənir"
Energetika
10 İyun , 2017 15:22
Natiq Əliyevin son müsahibəsi: XXI əsr Azərbaycan üçün təbii qaz əsri olacaq
Report.az

Bakı. 10 iyun. REPORT.AZ/ "Əgər XX əsr Azərbaycan üçün neft əsri olubsa, XXI əsr təbii qaz əsri olacaq". Bunu son müsahibəsində Azərbaycanın energetika naziri Natiq Əliyev bildirmişdi.

"Azərbaycan olaraq, neft diyarı olaraq, biz həmişə çalışırdıq ki, ölkəmiz bu sahədə qabaqcıl yerlərdə olsun və neft diyarı, neft mərkəzi kimi keçmiş şöhrətini özünə qaytarsın. Biz buna artıq nail olmuşuq. Azərbaycanın adı neft mərkəzi kimi bütün dünyada səslənir", - N.Əliyev deyib.

Qeyd edək ki, N.Əliyev iyunun 4-də ürək dayanması diaqnozu ilə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub.

Onu müayinə etmək üçün Türkiyədən həkim briqadası çağırılıb. Azərbaycanlı həkimlərlə birlikdə aparılan müayinə və konsiliumun nəticəsində N.Əliyevin müalicəsinin Türkiyədəki xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib. Nazir iyunun 4-dən 5-nə keçən gecə türkiyəli həkimlərin müşayiəti ilə özəl təyyarə vasitəsilə Türkiyəyə aparılıb. O, İstanbulun “Florence Nightingale” xəstəxanasında vəfat edib

"Report" Natiq Əliyevin vəfatından bir neçə gün əvvəl "Xəzər" Televiziyasına verdiyi son müsahibəni təqdim edir:

Son xəbərlər

Orphus sistemi