"Rusiyanın “LUKoil” neft şirkəti 2020-ci ilin birinci rübündə Azərbaycanda iki layihədə iştirakla bağlı danışıqları yekunlaşdırmağı planlaşdırır".
“Report”un məlumatına görə, bu barədə “LUKoil”un prezidenti
“Hazırda danışıqlar prosesi gedir və biz bu danışıqları 2020-ci ilin birinci rübündə yekunlaşdıracağımıza ümid edirik. Bizi iki layihə maraqlandırır, ancaq mən onları açıqlamayacağam, çünki onlarla bağlı müqavilələr hələ imzalanmayıb”, - V. Ələkbərov bildirib.
Onun sözlərinə görə, məhz Qazaxıstan və Azərbaycanda şirkət özünün ilk layihələrini həyata keçirib və bu əyalətləri gözəl tanıyır: “Bugünkü gün, bəlkə də biz yeganə şirkətik ki, əvvəllər daha detallı və ətraflı araşdırdığımız Xəzər hövzəsindəki geologiya və paleoformasiya edən karbohidrogen ehtiyatlarına batmışıq. Bu, bizə daha səmərəli yataqlarda cəmləşməyə imkan verib”.
Daha öncə “LUKoil” şirkətinin “Ümid-Babək” bloku layihəsində danışıqlarda iştirak etməsi ilə bağlı məlumat verilmişdi. Şirkət həmçinin, “Abşeron” layihəsinə də maraq göstərib.
"Ümid" yatağı Bakıdan 75 km cənuba, qurudan isə 40 km məsafədə yerləşir. Yataq 2010-cu ildə kəşf edilib. Bu,
“Babək” strukturu "Ümid" yatağı ilə bitişik strukturdur. Burada 3D seysmik işlər aparılıb və 2013-cü ildə tamamlanıb. 2017-ci il yanvarın 12-də “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi və blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə imzalanıb.
Qeyd edək ki, "Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd kubmetr qaz və 45 mln ton kondensat təşkil edir. "Abşeron" qaz-kondensat yatağında kommersiya qazının hasilatına 2021-ci ilin əvvəlində başlanılması planlaşdırılır.