SOCAR iyulda Ukraynaya 4 min ton aviasiya yanacağı tədarük edib

SOCAR iyulda Ukraynaya 4 min ton aviasiya yanacağı tədarük edib Bu ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti bu ölkəyə 4 min ton aviasiya yanacağı idxal edib.
Energetika
5 Avqust , 2021 12:29
SOCAR iyulda Ukraynaya 4 min ton aviasiya yanacağı tədarük edib

Bu ilin iyul ayında Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti bu ölkəyə 4 min ton aviasiya yanacağı idxal edib.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” Konsaltinq Qrupunun hesabatında deyilir.

Bildirilir ki, Azərbaycan şirkəti tərəfindən ölkəyə gətirilən aviasiya yanacağı əsasən Belarus və Litvadan tədarük edilib. Ötən ay SOCAR Belarusdan 2,8 min ton, Litvadan isə 1,2 min ton aviasiya yanacağı idxal edib.

Ümumilikdə, iyul ayında xarici ölkələrdən Ukrayna bazarına idxal edilən aviasiya yanacağının həcmi 2020-ci ilin analoji ayı ilə müqayisədə 6,2 % azalaraq 12,4 min ton təşkil edib.

Belə ki, ötən ay Litvadan Ukraynaya 6 min ton aviasiya yanacağı tədarük edilib ki, bu da 2020-ci ilin iyul ayının göstəricisi ilə müqayisədə 14 % çxodur.

Hesabat ayına əsasən, Belarusdan Ukraynaya 2,8 min ton aviasiya yanacağı tədarük edilib ki, bunun da bütün həcmlərinin tədarükünü SOCAR həyata keçirib.

Bundan başqa, ötən ay Yunanıstan Ukraynaya 2,8 min ton aviasiya yanacağı tədarük edib.

Bu ilin yanvar-iyul aylarında isə Ukraynaya 52,2 min ton aviasiya yanacağı tədarük edilib. Bu, 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 14,7 % azdır.

Bu ilin 7 ayı ərzində Litvadan Ukraynaya aviasiya yanacağının tədarükü 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 38 % artaraq 14,7 min ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi