İbrahim Kalın: “Türkiyə Azərbaycan qazı üçün şəbəkələrinin ötürücülük qabiliyyətini artıra bilər”

İbrahim Kalın: “Türkiyə Azərbaycan qazı üçün şəbəkələrinin ötürücülük qabiliyyətini artıra bilər” “Türkiyə Avropanın Rusiya qazına alternativ kimi qəbul etdiyi Azərbaycan qazı üçün öz şəbəkələrinin ötürücülük qabiliyyətini artıra bilər”.
Energetika
15 Mart , 2023 12:52
İbrahim Kalın: “Türkiyə Azərbaycan qazı üçün şəbəkələrinin ötürücülük qabiliyyətini artıra bilər”
İbrahim Kalın

“Türkiyə Avropanın Rusiya qazına alternativ kimi qəbul etdiyi Azərbaycan qazı üçün öz şəbəkələrinin ötürücülük qabiliyyətini artıra bilər”.

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.

"Avropa artıq Rusiyadan neft və qaz almamaqla bağlı qərar qəbul etdiyindən bunu kompensasiya etmək üçün iki mümkün alternativ var. Bunlardan birincisi, Azərbaycandan Türkiyəyə ixrac olunan qazdır. Biz kəmərlərin ötürücülük qabiliyyətini artıra bilərik", - İ.Kalın bildirib.

Onun sözlərinə görə, ikinci alternativ Şərqi Aralıq dənizinin enerji ehtiyatlarıdır.

"Burada siyasi səbəblərdən Türkiyədən yan keçmək və Kipr vasitəsilə Yunanıstana qaz nəql etmək planlaşdırılırdı. Lakin çox baha başa gəldiyindən bundan imtina edildi. Deməli üçüncü alternativ yoxdur. Türkiyə hər iki alternativdə iştirak edir", - Türkiyə Prezidentinin rəsmi nümayəndəsi əlavə edib.

Xatırladaq ki, ötən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Son xəbərlər

Orphus sistemi