İran OPEC-in onun manefiyinə zidd hər cür qərarına veto qoyacaq

İran OPEC-in onun manefiyinə zidd hər cür qərarına veto qoyacaq Bakı. 20 sentyabr. REPORT.AZ/ İranın neft naziri Bijan Nəmdər Zangənə OPEC tərəfindən bu ölkənin mənafeyinə zidd olan hər cür qərara veto qoyacaqlarını bildirib.
Energetika
20 Sentyabr , 2018 13:37
İran OPEC-in onun manefiyinə zidd hər cür qərarına veto qoyacaq
0 : 00
0 : 00

Bakı. 20 sentyabr. REPORT.AZ/ İranın neft naziri Bijan Nəmdər Zangənə OPEC tərəfindən bu ölkənin mənafeyinə zidd olan hər cür qərara veto qoyacaqlarını bildirib.

“Report”un “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, iranlı nazir neft hasilatının azaldılmasına dair 2016-cı ildə imzalanmış sazişin kağız üzərində qaldığını dilə gətirib.

O deyib ki, yaxın günlərdə iclası keçiriləcək OPEC-in Nazirlər Monitotinq Komitəsi yeni tədarük qaydasını tətbiq etmək hüququna malik deyil: “OPEC komitəsi tərəfindən yeni istehsalat saziş bağlamaq üçün hər hansı qərar qanunsuz olacaq. Belə qərarlar yalnız bütün OPEC üzvlərinin yekdil rəyi ilə verilə bilər”.

Qeyd edək ki, sentyabrın 23-də Əlcəzayirdə keçiriləcək OPEC+ komitəsinin iclasında B.Zəngənə iştirak etməyəcək.

Son xəbərlər

Orphus sistemi