İordaniya məhkəməsi İsrailin təbii qazı ilə bağlı qərar qəbul edib
- 13 may, 2020
- 08:31
Yeniliklərdən dərhal xəbərdar olun!
İordaniya Konstitusiya Məhkəməsi İsraildə nəql edilən təbii qazla bağlı razılaşmanın ləğvini tələb edən iddianı rədd edib.
“Report” “newsru.co”ya istinadən xəbər veriri ki, Konstitusiya Məhkəməsi bu iddianın İordaniya - İsrail sülh müqaviləsi ilə ziddiyyət təşkil etdiyini əsas göstərib.
Məhkəmənin hökmünə əsasən, müqavilənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur.
"Konstitusiyaya görə, müharibə elan edilməsi, sülh sazişlərinin və digər beynəlxalq müqavilələrin bağlanması kralın səlahiyyətindədir. Bu maddə qüvvədə olduğu müddətdə bütün digər dövlət qurumları onlara əməl etməyə məcburdurlar. Bu sərəncam qanunla dəyişdirilə bilməz", - məhkəmənin qərarında vurğulanıb.
2016-cı ilin sentyabrında İordaniyanın Milli Elektrik Şirkəti, “Noble Energy” ilə İsrailin təbii qazının alınması üçün müqavilə imzalanıb. 15 illik razılaşmanın məbləği 10 milyard ABŞ dolları təşkil edib.
2019-cu ilin dekabr ayının əvvəlində İnfrastruktur naziri Yuval Steinitz, tədarüklərin başlanmasının 2020-ci ilin əvvəlində veriləcəyini açıqlamışdı. Bu, İordaniyada etiraza səbəb olub. Krallıqda nümayişlər keçirilib. Krallığın şimalındakı İrbidə nasos stansiyasına xidmət edən transformatorlar yandırılıb.
Yanvarın 19-da İordaniya parlamenti yekdilliklə hökumətə İsrailin təbii qazının idxalını qadağan edən qanun layihəsini təsdiqlənməsi haqqında qərar qəbul edib. Parlamentin sədri Atef Taraune qanun layihəsini fövqəladə elan etməyə çağırmışdı.