Gürcüstanın ötən il elektrik enerjisinin 47 %-ni Azərbaycandan idxal edib

Gürcüstanın ötən il elektrik enerjisinin 47 %-ni Azərbaycandan idxal edib 2024-cü ildə Gürcüstan Azərbaycandan 10,97 milyon dollara elektrik enerjisi alıb ki, bu da qonşu ölkənin ümumi idxalının təxminən 47%-ni təşkil edib.
Energetika
9 fevral 2025 11:17
Gürcüstanın ötən il elektrik enerjisinin 47 %-ni Azərbaycandan idxal edib

2024-cü ildə Gürcüstan Azərbaycandan 11 milyon dollara elektrik enerjisi alıb ki, bu da qonşu ölkənin ümumi idxalının təxminən 47 %-ni təşkil edib.

“Report” bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, ötən il rəsmi Tbilisi 23,4 milyon dollardan çox dəyərində 1,2 milyon kVt/saatdan artıq elektrik enerjisi idxal edib.

Azərbaycan Gürcüstana elektrik enerjisi ixrac edən ikinci ölkə olub.

Siyahıya 12,3 milyon dollarla Rusiya başçılıq edir. Ötən illə müqayisədə bu rəqəm 13,7 dəfə artıb. İlk üçlüyü Türkiyə tamamlayıb (80 min dollar).

Eyni zamanda, Ankara Tbilisidən bu enerji resursunun idxalında mütləq lider olub. 2024-cü ildə Gürcüstan 49 milyon dollardan çox (Türkiyənin payı 40,2 milyon dollar olub) dəyərində 1,1 kVt/saatdan çox elektrik enerjisi ixrac edib.

Son xəbərlər

Orphus sistemi