Gürcüstanın baş naziri Avropa İttifaqı komissarına Cənub Qaz Dəhlizinin əhəmiyyətini xatırladıb

Energetika
  • 11 fevral, 2016
  • 14:35
Gürcüstanın baş naziri Avropa İttifaqı komissarına Cənub Qaz Dəhlizinin əhəmiyyətini xatırladıb

Tbilisi. 11 fevral. REPORT.AZ/ Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Avropa İttifaqının enerji və iqlim dəyişikliyi məsələləri üzrə komissarı Migel Arias Kanyete ilə görüşdə Cənub Qaz Dəhlizi, o cümlədən “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəməri layihələrinin reallaşdırılmasının əhəmiyyətini qeyd edib.

Bu barədə "Report"a Gürcüstan hökumətindəki mənbələrdən bildirilib.

Brüsseldə keçirilən görüşdə G.Kvirikaşvili bu layihələrin reallaşmasının təkcə Cənubi Qafqaz bölgəsinin deyil, ümumilikdə Avropanın enerji təminatında və təhlükəsizliyində mühüm rol oynayacağını vurğulayıb.

Görüşdə, həmçinin, Cənubi Qafqazda həyata keçirilən digər irimiqyaslı layihələrdən söz açılıb, onların əhəmiyyəti vurğulanıb. 

Komissar Migel Arias Kanyete Avropa İttifaqının bu layihələri dəstəklədiyini bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti