Gürcüstan və Türkiyə arasında elektrik ötürücü xəttinin tikintisinə başlanılacaq

Gürcüstan və Türkiyə arasında elektrik ötürücü xəttinin tikintisinə başlanılacaq Gürcüstan hakimiyyəti 2023-cü ildə Gürcüstan və Türkiyənin enerji sistemlərini birləşdirəcək “Tsxaltubo-Axaltsixe-Tortum” elektrik ötürücü xətlərinin tikintisinin birinci mərhələsinin icrasına başlamağı planlaşdırır.
Energetika
9 Yanvar , 2023 11:09
Gürcüstan və Türkiyə arasında elektrik ötürücü xəttinin tikintisinə başlanılacaq

Gürcüstan hakimiyyəti 2023-cü ildə Gürcüstan və Türkiyənin enerji sistemlərini birləşdirəcək “Tsxaltubo-Axaltsixe-Tortum” elektrik ötürücü xətlərinin tikintisinin birinci mərhələsinin icrasına başlamağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Sputnik-Georgia” məlumat yayıb.

Bildirilib ki, bu elektrik ötürücü xətlərinin tikintisi layihəsi Almaniyanın “KfW”nin maliyyə dəstəyi ilə həyata keçiriləcək və onun dəyəri, təxminən, 62 milyon avro təşkil edəcək.

Gürcüstanın büdcə proqnozlarına əsasən, 2023-cü ildə birinci mərhələdə uzunluğu 103 kilometr olan 500 kV-luq “Tsxaltubo-Axaltsixe” elektrik ötürücü xətlərinin tikilməsi planlaşdırılır.

İkinci mərhələdə isə 34 kilometr uzunluğunda 400 kV-luq “Axaltsixe-Tortum” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi